Bazar ertsi Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva erməni işğalından azad edilmiş Ağdama səfər ediblər.
Bununla əlaqədar birinci vitse-prezident Mehriban Əliyeva İnstagram hesabında paylaşım edib.
Hərbi avtomobili dövlət başçısı idarə edib. Əliyev məlumat verib ki, istiqaməti Ağdam şəhərinədir.
“Ağdam şəhərini və işğal altında olmuş rayonunun torpaqlarını bir güllə atmadan azad etdik. Düşməni döyüş meydanında məğlub edərək, məcbur etdik ki, Ağdam rayonundan çəkilsin”, - prezident bildirib.
Həmçinin, dövlət başçısı qeyd edib ki, Ağdama gedən yolda düşmən bir neçə müdafiə xətti yaradıb. **
N.Abbasova