Bazar ertəsi Qarabağda mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin zabiti həlak olub, rusiyalı hərbçi yaralanıb. Bu barədə Rusiya Müdafə Nazirliyi məlumat verir.
“Rusiyalı hərbi qulluqçu Bakıda hospitala çatdırılıb, ona zəruri tibbi yardım göstərilir. Həyatı üçün təhlükə yoxdur”, - MN-dən qeyd ediblər.
Hərbçilərin məlumatına əsasən, mina partlaması Suqovuşan yaşayış məntəqəsində baş verib.
Tərtər rayonunda həlak olnalrın cəsədlərinin axtarışı üzrə birgə qrup fəaliyyət göstərib. Qrupa rusiyalı sülhməramlılar, Azərbaycan SQ və BQXK-nin nümayəndələri daxil olub. **