BMT-nin humanitar agentlikləri Dağlıq Qarabağda Rusiya ilə əməkdaşlığa hazırdır. Bu barədə bazar ertəsi BMT-nin baş katibinin nümayəndəsi Stefan Dyujarrik brifinqdə məlumat verib.
“BMT-nin baş katibi təsdiq edib ki, BMT-nin Humanitar Məsələlərin ƏlaqələndirilməsiOfisi və BMT-nin aidiyyəti strukturları əməkdaşlığa və yerlərdə mümkün əlaqələrin müzakirəsinə hazırdılar ki, mümkün olan kimi, Dağlıq Qarabağda və ətraf rayonlarda ilkin müstəqil idarələrarası qiymət versinlər və humanitar ehtiyaclara dair ətraflı mənzərə yaratsınlar”, - Dyujarrik bildirib. **