Azərbaycan 2020-ci ilin yanvar-sentyabr aylarında $167 milyon 802,36 min dəyərində pomidor ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Azərbaycan 2020-ci ilin yanvar-sentyabr aylarında $167 milyon 802,36 min dəyərində 154,98 min ton pomidor ixrac edib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ixrac miqdar ifadəsində 15,5%, dəyər ifadəsində 17,9% artıb», - deyə məlumatda bildirilir.
Hesabat dövründə Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. Yanvar-sentyabr aylarında Rusiyaya $166 milyon 600,8 min dəyərində 152,212 min ton pomidor (bütün ixracın 98,2%-i – İF) ixrac olunub. 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə Rusiyaya pomidor ixracı miqdar ifadəsində 14,8%, dəyər ifadəsində 17,7% artıb.
Azərbaycan 2019-cu ildə $189 milyon 292,29 min dəyərində 174,548 min ton pomidor ixrac edib. Bu dövrdə də pomidorun əsas idxalçısı Rusiya olub. Bu ölkəyə $188 milyon 555,88 min dəyərində 172,876 min ton pomidor ixrac edilib.*
B.Rüstəmbəyov