2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan kartof ixracını 31,8% artırıb, idxalı isə 23% azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan $33 milyon 754,57 min dəyərində 81,318 min ton kartof ixrac edib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ixrac miqdar ifadəsində 31,8%, dəyər ifadəsində 25,8% artıb", - deyə məlumatda bildirilir.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Yanvar-sentyabr aylarında bu ölkəyə $30 milyon 786,27 min dəyərində (artım 22,8%) 69,219 min ton kartof (artım 24%) ixrac edilib. Hesabat dövründə Azərbaycandan kartof ixracının 85,1%-i RF-nin payına düşüb.
Yanvar-sentyabr aylarında Azərbaycana $20,694 milyon dəyərində (artım 27,3%) 84,103 min ton kartof (azalma 23%) idxal edilib.
Azərbaycana kartofun əsas tədarükçüləri Rusiya və İran olub. Rusiya 35,835 min ton ($8 milyon 994,38 min), İran 47,431 min ton ($11 milyon 485,08 min) kartof tədarük edib.
2019-cu ildə Azərbaycan $26 milyon 851,81 min dəyərində 61,785 min ton kartof ixrac edib.*
B.Rüstəmbəyov