Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $62,7 milyon satıb.
“Hərracda tələb $62,7 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Mart ayında neftin kəskin ucuzlaşması fonunda Azərbaycanda xarici valyutaya tələb artsa da, martın 29-dan etibarən tədricən azalmağa başlayıb. Lakin iyulda hərraclarda valyutaya tələb bir qədər artıb.
Dövlət Neft Fondunun məlumatına görə, 2020-ci ilin yanvar-oktyabr aylarında keçirilmiş valyuta hərraclarında fond tərəfindən $6 milyard 161,4 milyon (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 19,2% - İF) məbləğində xarici valyuta satılıb.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.
Sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilir.*
A.Hüseynova