Rusiya və İranın xarici işlər naziri Sergey Lavrov və Cavad Zərif telefon danışığı zamanı Dağlıq Qarabağda mövcud vəziyyəti müzakirə ediblər. Bu barədə RF XİN-in saytında dərc olunmuş məlumatda deyilir.
"Münaqişə zonasında tam atəşkəsə nail olunması üçün Rusiya tərəfinin göstərdiyi səylər, həmçinin hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş mülki əhaliyə humanitar yardım göstərilməsinin zəruriliyi nəzərə alınmaqla Dağlıq Qarabağda mövcud vəziyyət müzakirə olunub", - deyə məlumatda bildirilir.
Zərifin Moskvaya səfəri noyabrın 23-nə planlaşdırılsa da, sonradan görüş daha gec müddətə təxirə salınıb.*