Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Qərargahın rəhbəri təyin olunub.
Qərargah 30 üzvdən ibarətdir.
Həmçininn Qərargahın nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılacaq.*
B.Rüstəmbəyov