Azərbaycanda koronavirus infeksiyasına daha 3 646 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 98 min 927-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib, ölənlərin ümumi sayı 1194 nəfərə çatıb.
Virusa yoluxmuş 65 min 734 nəfər (sutka ərzində +1 259) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 31 min 999 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 358, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 631,597 min test aparılıb.*
X.Nəsirzadə