Rusiya prezidenti Vladimir Putin noyabrın 23-də və 24-də Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqları aparıb. Bu barədə bu gün Kremlin mətbuat xidməti məlumat yayıb.
"Rusiya qurumlararası nümayəndə heyətinin noyabrın 21-də İrəvana və Bakıya səfərinin yekunları, həmçinin üç ölkə liderlərinin 9 noyabr tarixli bəyanatının müddəalarının yerinə yetirilməsi ətraflı müzakirə olunub. Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının işinin modallığı və əhaliyə humanitar yardımın göstərilməsi istiqamətində gələcək addımlar nəzərdən keçirilib", - deyə məlumatda bildirilir.
Bundan başqa, danışıqlar zamanı bölgədə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması və qarşılıqlı iqtisadi fəaliyyətlə bağlı məsələlərə də toxunulub.*