“AzerGold” QSC nizamnamə kapitalını 67,6% - 62 milyon manatadək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetindən məlumat verilib.
«Постановлением кабинета министров внесены изменения в Устав AzerGold. Согласно этим изменениям, уставный капитал общества увеличен с 37 млн манатов до 62 млн манатов», - отметили в кабмине.
“Nazirlər Kabinetinin qərarına əsasən, “AzerGold” Səhmdar Cəmiyyətinin Nizamnaməsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, QSC-nin nizamnamə kapitalı 37 milyon manatdan 62 milyon manatadək artırılıb”, - Nazirlər Kabinetindən qeyd olunur.
Həmçinin, əhmlərin nominalı dəyişməyib. Xüsusilə, səhmlərin nominal dəyəri bir qiymətli kağız üçün 18,5 manatdan 31 manatadək artacaq.
Nizamnamə kapitalı 2 milyon ədəd səhmə bölünüb.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Nizamnamə kapitalı 37 milyon manat təşkil edir.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.**
A.Əzizov