“AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov 2020-ci ilin dekabr ayının sonunda vəzifəsini tərk edir. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilir.
“Həsənov 2020-ci ilin dekabr ayının sonunda öz vəzifəsini tərk edir. Həsənovun bankdan ayrılmasından sonra İdarə Heyətinin yeni sədrinin seçilib, bankın beynəlxalq səhmdarları və Mərkəzi Bank tərəfindən təsdiqlənməsinə qədər sədr vəzifəsini Yevqeniya Qaşikulina icra edəcək”, - bankdan bildirilir.
Həsənov 2002-ci ildə Bankda əmək fəaliyyətinə başlamış ilk əməkdaşlardan biridir. O, 2018-ci ildə İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
“İnterfaks-Azərbaycan”a bank dairələrindən məlumat verilib ki, 2021-ci ilin yanvar ayından etibarən Həsənov “Yelo Bank”a rəhbərlik edəcək.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və aktivlərinin həcminə görə respublika bankları sırasında 7-ci yerdədir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır: Asiya İnkişaf Bankı (19,89%),Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), responsAbility SICAV (Lux) (2,91%), responsAbility Management Company S.A. (7,11%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), EFSE (2,78%), Symbiotics SICAV (2,27%), GGF (1,77%), LFS Advisory (1,27%) və Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (0,58%).**
Ə.Məmmədov