Azərbaycan 2020-ci ilin yanvar-sentyabr aylarında $31 milyon 682,86 min məbləğində şokolad idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2019-cu illə müqayisədə idxalın həcmi miqdar ifadəsində 10,5%, dəyər ifadəsində 4,2% artıb.
Azərbaycana şokoladın əsas tədarükçüsü Rusiya olub. 2020-ci ilin 9 ayı ərzində RF-dən $21 milyon 47,56 min dəyərində (artım 2,8%) 9,798 min ton (artım 11,3%) şokolad idxal edilib. 2020-ci ilin 9 ayı ərzində Azərbaycana şokolad idxalının 72,8%-i RF-nin payına düşüb.
Azərbaycana şokoladın digər iri tədarükçüsü isə Ukrayna olub. Yanvar-sentyabr aylarında bu ölkədən $2 milyon 814,65 min dəyərində 1,533 min ton məhsul idxal edilib.
Eyni zamanda, Azərbaycan yanvar-sentyabr aylarında $2 milyon 335,87 min dəyərində (artım 26%) 1,043 min ton (azalma 30,5%) şokolad ixrac edib. Rusiyaya $797,4 min məbləğində (azalma 55,4%) 835,33 min ton (azalma 52,4%) şokolad ixrac edilib.**
B.Rüstəmbəyov