Erməni işğalından azad olunmuş Kəlbəcər rayonunda kənd təsərrüfatı fəal inkişaf edəcək. Bunu prezdent İlham Əliyev deyib.
“Heç kəsin şübhəsi olmasın ki, biz Kəlbəcəri bərpa edəcəyik, ora həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı, xüsusilə heyvandarlıq inkişaf edəcək. Bizim orada böyük otlaqlarımız var”, - Əliyev çərşənbə günü xalqa müraciətində bildirib.
Dövlət başçısı qeyd edib ki, düşmən Kəlbəcərin zəngin olduğu təbii resurslardan qəddarcasına istifadə edib.
“Kəlbəcər zəngin təbii ehtiyatlara malikdir. Düşmən bu resurslardan qəddarcasına istifadə edib. Sovet dövründə bütün Kəlbəcərdə bütün Sovet İttifaqında məşhur olan “İstisu” suyu istehsal olunurdu. İndi İstisu izim nəzarətimizdədir. Əvvəllər bura böyük kurort zonası olub. Mənfur düşmən hər şeyi məhv edib. Biz hər yeri bərpa edəcəyik, Kəlbəcəri bərpa edəcəyik, kəndləri, Kəlbəcər şəhərini bərpa edəcəyik. Mən nəinki Kəlbəcər şəhərində, həm də bütün şəhərlərdə baş yenidənqurma planı hazırlamağı tapşırmışam”, - Əliyev qeyd edib.
O, həmçinin vurğulayıb ki, beynəlxalq konvensiyalara zidd olaraq, Ermənistan tərəfi Kəlbəcərdə məskunlaşma həyata keçirib və məsuliyyətə cəlb olunacaq.
“Mənfur düşmən Kəlbəcərdə daha bir cinayət törədib, qanunsuz məskunlaşma həyata keçirib. Burada Ermənistandan və xarici ölkələrdən olan insanlar qanunsuz vensiyasına əsasən bu hərbi cinayətdir. Biz düşməni məsuliyyətə cəlb edəcəyik, o bütün hərbi cinayətlərə, dağıntılara görə cavab verəcək”, - Əliyev əlavə edib. **
Ə.Məmmədov