Kremldə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın rusiyalı həmkarı Vladimir Putin ilə telefon danışı zamanı Qarabağda atəşkəsin dəstəklənməsi üzrə səylərin regionun digər ölkələri ilə birlikdə genişləndirlməsi imkanını müzakirə etməsinə dair bəyanatını şərh etməyiblər.
“Dünən məlumatda dediklərimizdən daha artıq və bundan əlavə mən heç nə deyə bilmərəm. Lakin ancaq təsdiq edə bilərəm ki, prezident Putin, prezident Əliyev və baş nazir Paşinyanın razılaşmalarının icrasının gedişatı dünənki telefon söhbəti zamanı həqiqətən müzakirə olunub”, - RF prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə günü jurnalistlərə bildirib. **