Bakıda avtomobil nəqliyyatının hərəkətinin təkmilləşdirilməsi məqsədilə daha 10 avtobus xəttinin yaradılması üçün razılıq əldə olunub. Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkəti təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.
“Bakı şəhərinin küçə və prospektlində daha 10 avtobus xəttinin təşkili üçün razılıq əldə etmişik. Nazirlər Kabineti bu məsələ ilə əlaqədar müvafiq tapşırıq verib”, - Səfərov "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxışında bildirib.
Eyni zamanda, o qeyd edib ki, şəhərin hazırlana yeni Baş Planında alternativ nəqliyyat xəttlərinin yaradılması nəzərdə tutulur. Xüsusilə, söhbət velosiped trekləri və tramvay xəttlərindən gedir.
“Velosiped trekləri ilə əlaqədar məsələ üzrə böyük konsepsiya hazırlanıb. Həmçinin tramvay xəttləri də planda öa yerini tapıb. Yaxın gələcəkdə bu layihələrin icrasına başlamağı planlaşdırırıq”, - Səfərov qeyd edib.
O əlavə edib ki, BNA 2021-ci ilə üst piyada keçidlərinin işıqlandırılması layihəsinin icrasını planlaşdırır. **
X.Nəsirzadə