Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında
Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
O cümlədən, dövlət başçısı Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında
Azərbaycan Respublikasının Qanununu təsdiq edib. **
B.Rüstəmbəyov