Azərbaycanda koronavirus infeksiyasına daha 3 469 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 102 min 396-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib, ölənlərin ümumi sayı 1 224 nəfərə çatıb.
Virusa yoluxmuş 66 min 963 nəfər (sutka ərzində +1229) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 34 min 209 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 646,654 min test aparılıb.**
B.Rüstəmbəyov