“AtaSığorta” şirkətinin səhmdarları dekabrın 28-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda bir sıra məsələləri müzakirə edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Səhmdarlar şirkətin İdarə Heyətinin sədr müavini Qoşqar Həsənovun səlahiyyət müddətinin uzadılması və digər cari məsələləri müzakirə edəcəklər”, - deyə məlumatda bildirilir.
“AtaSığorta” şirkəti 2004-cü ilin sentyabr ayında fəaliyyət üçün lisenziya alıb. “AtaHoldinq” şirkətin yeganə səhmdarıdır. Azərbaycanın 15 aparıcı sığorta şirkətindən biri olan “AtaSığorta”nın nizamnamə kapitalı 14,6 milyon manatdır.*
R.Əhmədov