1 noyabr 2020-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,655 min ədəd bankomat quraşdırılıb ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 0,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Noyabrın 1-nə Bakıda 1,392 min ədəd (azalma 2%), bölgələrdə 1,263 min ədəd bankomat (artım 3%) quraşdırılıb.
Noyabrın 1-nə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 57,002 min ədəd təşkil edib ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 15,5% azdır.
Bununla yanaşı, Bakıda 37,23 min ədəd (azalma 9%), regionlarda 19,772 min ədəd (azalma 25,6%) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 55,463 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,3%-i quraşdırılıb.*
X.Nəsirzadə