Ermənistanın xarici işlər naziri Ara Ayvazyan bəyan edib ki, Ermənistan diplomatik arenada deyil, yalnız döyüş meydanında məğlub olub.
"Döyüş meydanında uğursuzluqlarımız oldu, bunu düzgün qiymətləndirmək lazımdır, çünki əsgərlərimiz həddindən artıq böyük gücə qarşı vuruşurdular. İndi biz vəziyyətin sabitləşməsi üçün hər şeyi etməliyik. Diplomatiyada uğursuzluğumuz olmadı", - deyə Ayvazyan bu gün jurnalistlərə bildirib.
Qarabağla bağlı üçtərəfli bəyanatın hansı müsbət tərəfinin olması ilə bağlı suala o, belə cavab verib: “Müsbət olan odur ki, müharibə dayanıb”.*