Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Minskdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu müsbət qiymətləndirib.
"Qafqazda baş verənlərə görə Sizi təbrik etmək istərdim. Bu qırğın əsasən Rusiyanın sayəsində dayandı”, - deyə o bildirib.
Lukaşenkonun sözlərinə görə, o, Qafqaz regionunun problemlərinə yaxşı bələddir və bu mövzunu Rusiya, Ermənistan və Azərbaycan rəhbərliyi ilə müzakirə edib.
"Mən çox məmnunam ki, bu böhran sonuncu dəfə Sankt-Peterburqda müzakirə etdiyimiz kimi həll olundu. Ona görə də mən sizi səmimi qəlbdən təbrik edirəm", - deyə Lukaşenko vurğulayıb.*