Azərbaycanın Qarabağ münaqişəsində Türkiyənin silah sistemlərindən istifadə etməsi bu ölkənin istehsal etdiyi silahların yeni alıcılarının yaranmasına təsir göstərib. Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Fyodor Voytolovski belə hesab edir.
"Bu yaxınlarda biz Ermənistan-Azərbaycan münaqişəsində Türkiyənin Azərbaycana dəstəyini gördük. (...) hərbi texnika. Üstəlik, silah bazarında da Türkiyə hərbi sənayesinin imkanlarını nümayiş etdirən və zənnimcə, çoxlu sayda potensial alıcı cəlb edən kifayət qədər müasir hərbi texnika”, - deyə o bildirib.*