Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberq telefonla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər. Bu barədə "Anadolu" agentliyi diplomatik mənbələrə istinadən xəbər verir.
"Çavuşoğlu və Stoltenberq Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər", - deyə məlumatda bildirilir.
Tərəflər, həmçinin Aralıq dənizinin şərq hissəsi və Əfqanıstandakı vəziyyətə də dair fikir mübadiləsi aparıblar.*