“Bakı Metropoliteni” QSC metropolitenin yeni (“Bənövşəyi”) xəttinə aid Avtovağzal stansiyası - Xocəsən elektrik deposu arası mənzil tunellərinin tunel rabitəsi və rabitə sisteminin magistral şəbəkəsinin yaradılmasına 265 min manatdan çox vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, Bakı Metropoliteni «Smart-Electronics» MMC ilə 265 min 386,72 manat dəyərində müqavilə bağlayıb.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 25 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 milyon nəfəri ötür.*
N.Abbasova