Azərbaycanda koronavirus infeksiyasına daha 3 705 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 106 min 101-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib, ölənlərin ümumi sayı 1256 nəfərə çatıb.
Virusa yoluxmuş 68 min 572 nəfər (sutka ərzində +1 609) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 36 min 273 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 178, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 665,832 min test aparılıb.*
B.Rüstəmbəyov