Ermənistan parlamenti müxalifət fraksiyalarının sentyabrın 27-dən ölkədə tətbiq edilən hərbi vəziyyətin ləğv edilməsi təklifini rədd edib.
Hakim "Mənim addımım" fraksiyasının deputatları qərarlarını onunla əsaslandırıblar ki, Dağlıq Qarabağda müharibənin dayandırılması və ərazilərin Azərbaycana verilməsi haqqında üçtərəfli sazişdən sonra Ermənistan Azərbaycanla 520 km sərhəd əldə edir və təhlükəsizliyin təmin edilməsi zərurəti yaranır. Deputatlar, həmçinin Azərbaycanla müharibənin bərpası təhlükəsinin də olduğunu bildiriblər.*