Belarusun "Belavia" aviaşirkəti dekabrın 4-dən Bakı-Minsk marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq. "İnterfaks-Azərbaycan" agentliyinin məlumatına görə, bu barədə aviaşirkətin Twitter hesabında yazılıb.
"Dekabrın 4-də Azərbaycanın paytaxtından Minskə müntəzəm reyslərin yerinə yetirilməsini bərpa edirik. Uçuşlar həftədə dörd dəfə - çərşənbə axşamı, cümə, şənbə və bazar günləri yerinə yetiriləcək", - deyə məlumatda bildirilir.
Uçuşlar yalnız bir istiqamətdə həyata keçiriləcək. Təyyarə yerli vaxtla saat 4:15-də Bakıdan havaya qalxacaq və saat 6:50-də Belarus paytaxtına eniş edəcək.*