Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, RF prezidenti Vladimir Putin ilə iki telefon danışığı aparıb, söhbət zamanı Qarabağda vəziyyətlə bağlı bir sıra məsələlərə toxunulub.
“Laçın dəhlizində yaşayış məntəqələri, itkin düşənlər, axtarış əməliyyatları, həlak olanlaraın cəsədləri və hərbçilərin dəyişdirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub”, - Paşinyan cümə cünü Facebook səhifəsində yazb.
Bundan başqa, o əlavə edib ki, tərəflər sülhməramlıların yerləşdirilməsi və regionda kommunikasiyaların blokunun aradan qaldırılmasını müzakirə ediblər.
Baş nazir qeyd edib ki, bu cür müzakirələr müntəzəm surətdə, bəzən gün ərzində bir neçə dəfə aparılır.
“Biz bu müzakirələrin xarakteri və sayını nəzərə alaraq, onlar barədə hər zaman məlumat yaymırıq”, - o bəyan edib. **