2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana ətir və tualet suyu idxalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsində 10,1% artıb, dəyər ifadəsində 10% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövründə ölkəyə gətirilən ətir və tualet suyunun ümumi çəkisi 1 min 47,06 ton, dəyəri $11 milyon 565,05 min təşkil edib”, - hökumətdən bildirilir.
Cari ilin yanvar-sentyabr aylarında Fransadan $3 milyon 637,2 min dəyərində 43,55 ton (miqdar ifadəsində azalma 30,4%, dəyər ifadəsində azalma 27,9%) ətir və tualet suyu idxal edilib.
Bundan başqa, iri tədarükçülər sırasına Rusiya ($1 milyon 652,75 min dəyərində 239,59 ton), İspaniya ($622,81 min dəyərində 18,71 ton), Çin ($801,33 min dəyərində 365,66 ton), İtaliya ($996,1 min dəyərində 14,73 ton), Türkiyə ($965,43 min dəyərində 148,07 ton), Polşa ($1 milyon 535,64 min dəyərində 123,48 ton), BƏƏ ($467,12 min dəyərində 38,16 ton), Böyük Britaniya ($328,85 min dəyərində 2,27 ton), İsveç ($243,77 min dəyərində 22,06 ton), Ukrayna ($35,76 min dəyərində 25,31 ton) daxildir.
Digər tədarükçülərin siyahısına Belarus, Almaniya, ABŞ, Bəhreyn, Çexiya, Avstriya, Hindistan, İran və İsveçrə də daxil olub.
2019-cu ildə Azərbaycana $18 milyon 849,54 min dəyərində 1 min 636,91 ton, o cümlədən Fransadan $7 milyon 99,47 min dəyərində 95,93 ton ətir və tualet suyu idxal edilib.**
N.Abbasova