Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyası birgə idarələrarası komissiyalar və işçi qrupları ilə həyata keçiriləcək. Bu barədə Ermənistan XİN-dən bəyan ediblər.
“Noyabrın 27-də hərbi növbətçiliyin həyata keçirilməsi məqsədilə Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında müvəqqəti hərbi mövqelərin faktiki yerləşməsi nöqtələrinin dəqiqləşdirilməsi həyata keçirilib (Ermənistanın şərq sərhədi ilə Azərbaycanın Kəlbəcrə rayonu arasında - İF), - XİN-dən məlumat verilir.
“Dövlət sərhədinin demarkasiya və delimitasiyası – dövlətlərarası danışıqlar vasitəsilə birgə idarələrarası komissiyalar və işçi qrupları tərəfindən həyata keçirilən kompleks proseslərdir. Nəticədə, müvafiq beynəlxalq sənəd imzalanır”, - nazirlikdən qeyd olunub. **