Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatında diplomatik həll tələb edən incəliklər mövcuddur. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
“9 noyabr tarixli razılaşmalarda suallar doğuran incəliklər var, ancaq bütün bu məsələlər üzrə fəal diplomatik iş həyata keçirilir və biz mütləq həll tapacağıq”, - Paşinyan xalqa müraciətində qeyd edib.
Onun sözlərinə görə, bu razlaşmalar çərçivəsində nəqliyyat kommunikasiyaları açılacaq.
“Bu vəzifələrin həlli nəinki bölgənin, həm də Ermənistanın simasını dəyişdirəcək”, - Paşinyan bildirib.
“Əldə olunan sülhün qorunması, bunun uzunüddətli sülhə çevrilməsi, əgər mümkün olarsa, onu əbədi etmək vacibdir”, - Ermənistanın baş naziri qeyd edib.
“Biz sərhədlərlə əlaqədar, ətrafında səs-küyün mümkün olduğu, ən təcili və mübahisəli məsələləri həllk etməliyik, ancaq biz bu yolu keçməliyik”, - Paşinyan qeyd edib. **