Azərbaycanda koronavirus infeksiyasına daha 3 712 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 109 min 813-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib, ölənlərin ümumi sayı 1291 nəfərə çatıb.
Virusa yoluxmuş 69 min 931 nəfər (sutka ərzində +1359) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 38 min 591 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 402, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 682,234 min test aparılıb.**
B.Rüstəmbəyov