Rusiya prezidenti Vladimri Putinin RF Təhlükəsizlik Şuyrasının daimi üzvləri ilə müşavirədə kiberməkanda cinayətlər, Dağlıq Qarabağ ətrafında vəziyyət, həmçinin digər məsələlər müzakirə olunub. Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Müşavirənin əsas mövzusu – kompyuter təhlükəsizliyi sahəsində cinayətlərə qarşı effektivliyin artırılmasıdır”, - o bildirib.
“Həmçinin rusiyalı sülhməramlıların fəaliyyəti və Qarabağda humanitar missiyanın işi barədə danışıqlar baş tutub”, - Peskov məlumat verib. “Bu konteksdə prezident müşavirə iştirakçılarına Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə telefon ilə təmaslara barədə məlumat verib”, - o əlavə edib. **