Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 30-da depozit hərracı keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
"Mərkəzi Bank noyabrın 30-da keçirəcəyi depozit hərracında 14 gün müddətinə 200 milyon manat cəlb etməyi nəzərdə tutur. Cəlb olunan məbləğ maksimum 20% artırıla bilər”, - bankdan bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 6,01%-6,49% təşkil edir.
AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.**
N.Abbasova