Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfər etmək niyyətindədir. Bu barədə Ermənistan hökumətinin saytında məlumat verilir.
Qeyd olunur ki, Paşinyanın qərarına əsasən, protokol xidmətinin rəisi Eduard Arutunyan “Ermənistanın baş nazirinın səfərinə hazırlıq məqsədilə” noyabrın 30-dan dekabrın 4-dək Moskvaya ezam olunur.
Paşinyanın Moskva səfərinin mümkün tarixləri barədə məlumat verilmir.
Bununla belə, Ermənistan hökumətində mənbə “İnterfaks”a məlumat verib ki, Paşinyan dekabrın 3-də Moskvaya səfər edə bilər.
“Təxminə görə, səfər dekabrın 3-də baş tutacaq”, - agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, Paşinyan Moskvada Avrasiya HökumətlərarasıŞurasının iclasında iştirak edəcək.
Oktyabrın 9-da İrəvanda Avrasiyaİqtisadi İttifaqınaüzv dövlətlərinin hökumət başçıları Avrasiya HökumətlərarasıŞurasının növbəti iclasının dekabrın 4-də Moskvada keçirilməsinə dair razılığa gəliblər. **