RF XİN başçısı Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ara Ayvazyan ilə telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağ üzrə bəyanatın müddəalarının icrasının gedişini müzakirə ediblər. Bu barədə RF XİN-dən məlumat verilir.
“Tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin cari il 9 noyabr tarixli bəyanatının müddəalarının icrasının gedişatını, həmçinin dekabrın 7-də Ermənistanın xarici işlər nazirininMoskvaya baş tutacaq işgüzar səfərini müzakirə ediblər”, - məlumatda deyilir. **