Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Məhəmməd Cavad Zərifə başsağlığı verib. Bu barədə XİN-dən məlumat verilir.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xariciişləri naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub. Bayramov İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri, alim Möhsin Fəxrizadənin terror hücumu nəticəsində qətlə yetirilməsi ilə bağlı İranlı həmkarına başsağlığı bildirib. Azərbaycanın terrordan əziyyət çəkən bir ölkə kimi terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə pislədiyi vurğulanıb”, - məlumatda deyilir.
Məlumata görə, həmçinin nazirlər ikitərəfli iqtisadi əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. **
Ə.Məmmədov