Bakıda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər həlak olub. Bu barədə yerli KİV-lər məlumat yayıb.
"Bazar ertəsinə keçən gecə Xətai rayonunun Nobel prospektində baş verən avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi həlak olub, daha 1 tələbə isə ağır yaralanıb”, - deyə məlumatda bildirilir.
Yağışlı hava şəraiti zamanı yüksək sürətlə hərəkətdə olan “BMW” markalı avtomobil yolun sürüşkən olması səbəbindən idarəetmənin itirilməsi nəticəsində marketin divarına çırpılıb.*
X.Nəsirzadə