Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC 4 ədəd minik avtomobilinin satın alınması haqqında ümumi dəyəri 138,8 min manat olan iki müqavilə bağlayıb.
www.etender.gov.az saytında dərc olunmuş məlumata görə, «Nurgün Motors» MMC ilə 3 ədəd “Sedan” markalı avtomobilin (mühərrikin həcmi 1,6 – 1,8 L) satın alınması haqqında 75 min manatlıq müqavilə bağlanıb.
«Auto Azerbaycan” MMC ilə 1 ədəd “Sedan” markalı avtomobilin (mühərrikin həcmi 2,4 – 3 L) satın alınması haqqında müqavilə bağlanıb. Müqavilənin dəyəri 63,8 min manatdır.
Hazırda MİDA Yasamal rayonunda 2, Hövsan qəsəbəsində 1 yaşayış kompleksinin tikintisini həyata keçirir, eləcə də Sumqayıt və Gəncədə yaşayış komplekslərinin tikintisi layihələrinin reallaşdırılmasına başlayıb.*
X.Nəsirzadə