2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana $16 milyon 927,46 min dəyərində siqaret idxal edilib ki, bu da 2019-cu ilin göstəricisindən 3,6 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycana siqaretin əsas tədarükçüsü Ukrayna olub. Bu ölkədən $14 milyon 674,89 min dəyərində (azalma 3,8 dəfə - İF) siqaret idxal olunub. Bütövlükdə, respublikaya siqaret idxalının 86,7%-i Ukraynanın payına düşüb.
Bundan başqa, yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana $2 milyon 252,25 min dəyərində (azalma 51,4%) siqaret idxal edilib.
2019-cu ildə Azərbaycana $70 milyon 813,03 min dəyərində siqaret idxal edilib ki, bu da 2018-ci ilin göstəricisindən 53,5% azdır.*
B.Rüstəmbəyov