Baş Prokurorluq vətəndaşları erməni işğalından azad edilmiş ərazilərə hələ səfər etməməyə çağırıb.
"Vətəndaşlarımıza bir daha müraciət edərək təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edirik", - deyə Baş Prokurorluğun məlumatında bildirilir.
Qeyd olunur ki, son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilməkdədir.*
X.Nəsirzadə