NATO Rusiyanın Belarus və Dağlıq Qarabağda fəallığını artırdığını müşahidə edir və bu məsələ dekabrın 1-i və 2-də NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin müzakirə mövzularından biri olacaq. Bunu təşkilatın baş katibi Yens Stoltenberq deyib.
"Biz Belarus və Dağlıq Qarabağdakı böhranların həlli vasitəsi kimi Rusiyanın güclü iştirakını müşahidə edirik", - deyə baş katib bildirib.*