Bakı Nəqliyyat Agentliyi (BNA) marşrut xətlərinin planlaşdırılması və ictimai nəqliyyat cədvəlinin idarə olunması üçün proqram təminatının satın alınmasına 3,5 milyon manata yaxın vəsait yönəldəcək.
www.etender.gov.az saytında dərc olunmuş məlumata görə, «ARIS» MMC ilə 3 milyon 498,316 min manat dəyərində müqavilə bağlanıb.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.*
B.Rüstəmbəyov