Azərbaycanda koronavirus infeksiyasına daha 2 981 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 121 min 176-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib, ölənlərin ümumi sayı 1392 nəfərə çatıb.
Virusa yoluxmuş 74 min 902 nəfər (sutka ərzində +1226) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 44 min 882 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 342, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 728,527 min test aparılıb.*
B.Rüstəmbəyov