Türkiyəli minaaxtaranlar Ermənistanın işğalından azad edilən ərazilərin minalardan təmizlənməsi işinə başlayıb. Bu barədə Türkiyə Müdafiə Nazirliyinin Twitter hesabında məlumat verilib.
“Quru Qoşunlarımızın mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsini həyata keçirən METİ və PMKİ qrupları Ermənistan işğalından azad edilən bölgələrdə qardaş Azərbaycan Ordusuna dəstək verməyə başladı”, – deyə məlumatda bildirilir.
Minaaxtaran qruplar həm əraziləri minalardan təmizləyəcək, həm də Azərbaycan Ordusuna təlimlər keçəcək.*
N.Abbasova