Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Dağlıq Qarabağda atəşkəs rejiminə bütövlükdə riayət olunur, ancaq Ermənistan bəzən atəşkəs rejimini pozur.
“Qarabağ üzrə üçtərəfli bəyanatın birinci bəndində göstərilən məsələlər artıq təmin edilib. Noyabrın 10-dan başlayaraq atəşkəs təmin edilibdir. Hərdənbir Ermənistan tərəfindən atəşkəsin pozulması halları olur. Biz isə layiqli cavab veririk”, - Əliyev çərşənbə axşamı xalqa müraciətində bildirib.
Prezidentin sözlərinə görə, Azərbaycan tərəfindən atəşkəsin pozulması halları olmayıb. **