Azərbaycan hərbçiləri Qarabağda döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinə məxsus 5 ədəd Su-25 təyyarəsini məhv ediblər. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Hərbi əməliyyatlar zamanı düşmənin 5 ədəd Su-25 təyyarəsi məhv edilib. Həmçinin, düşmənin 287 ədəd tank məhv edilib, daha 79 ədəd tank qənimət götürülüb”, - Əliyev çərşənbə axşamı xalqa müraciətində bildirib.
Əliyevin sözlərinə görə, həmçinin, tank əleyhinə vasitələr - 53 dənə, “Smerç” - 4 dənə, “Qrad” - 97 dənə, “Uraqan” - 2, “YARS” - 1, TOS odsaçan - 1 dənə məhv edilib.
“Qoşunlarımız tərəfindən 7 atıcı qurğu, bir “S-300” radiolokatoru və iki “S-300” aşkaretmə stansiyası məhv edildi. “Oborona” radiolokasiya stansiyası - 1 dənə, “TOR” zenit-raket kompleksi - 5 dənə, “Osa” zenit-raket kompleksi - 40 dənə, “KUB” zenit-raket kompleksi - 4 dənə, “KRUQ” zenit-raket kompleksi - 1 dənə, zastava - 14 dənə, “S-125” zenit-raket kompleksi - 2 dənə, pilotsuz uçuş aparatları - 22 dənə, “Elbrus” əməliyyat-taktiki raket kompleksi - 2, ballistik raket - 1, “Toçka-U” raket kompleksi - 1, radioelektron mübarizə vasitələri - 5 dənə, “R-142” komanda qərargah maşını - 2 dənə, “Nebo-M” radiolokasiya stansiyası - 1 dənə, müxtəlif radiolokasiya stansiyaları - 7 dənə, “Reppelent” radio-texniki maneə vasitəsi - 4 dənə məhv edildi”, - Əliyev bildirib.
Prezident qed edib ki, həmçinin Azərbaycan Ordusu tərəfindən çox sayda qənimət götürülüb.
“Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan – 178-i qənimət götürülüb. Traktor – 10, “Şilka” zenit qurğusu – 5 ədəd qənimət götürülüb. Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Siyahı davam edir. Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb. “Su-25” təyyarəsi – 5-i məhv edilib. Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb”, - Əliyev deyib.
Dövlət başçısı bəyan edib ki, bu rəqəmlər Ermənistan ordusunun tam məhvini göstərir və bu silahların alışının maliyyələşdirilmə mənbəyini və Ermənistanın necə ödəniş etməyi araşdırmağı tələb edib.
“Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu ordu onilliklər ərzində yaradılırdı. Bu orduya silahlar, sursatlar, ən müasir texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir. İndi mütəxəssislər getsinlər hesablasınlar, sadaladığım bu texnikanın qiyməti bəlkə də bir neçə milyarddır. Bəziləri deyirlər ki, 3 milyarddan çox, bəziləri daha çox. İndi hesablayarlar. Haradandır bu kasıb ölkədə bu qədər pul? Ermənistanın xarici dövlət borcu 8 milyard dollardır. Valyuta ehtiyatları təqribən 1 milyardın üstündədir. Bu ölkə borc içindədir. Xarici dövlət borcu ümumi daxili məhsulun 60%-ni təşkil edir. Bu ölkədə indi bütün iqtisadiyyat məhv olub gedir. Müharibədən sonra milli valyuta kəllə-mayallaq getdi. Haradandır bu? Bu, bankrotdur. Bu, iflasa uğramış ölkədir. Bu qədər pulu haradan ödəyib? Bir də ki, göstərsin görüm, bu pulköçürmələrini necə həyata keçirib. Biz beynəlxalq qurumlara da müraciət edəcəyik, desinlər bizə, hansı kontraktlar əsasında bu pullar ödənilib. Ödənilibmi? Ödənilməyibsə, deməli, pulsuz alıb”, - Əliyev yekun vurub. **
Ə.Məmmədov