Azərbaycan ordunun gücləndirilməsini davam etdirəcək. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var”, - Əliyev çərşənbə axşamı xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, indi Azərbaycan üçün yeni dövr başlayır. “Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü”, - o qeyd edib.
Əliyev əlavə edib ki, “bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək”.**
N.Abbasova