Azərbaycanda koronavirus infeksiyasına daha 4 426 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 125 min 602-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib, ölənlərin ümumi sayı 1 433 nəfərə çatıb.
Virusa yoluxmuş 76 min 897 nəfər (sutka ərzində +1995) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 47 min 272 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 746,198 min test aparılıb.**
B.Rüstəmbəyov